Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzində (DİM) biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib.
DİM-dən AzEdu.az-a bildirilib ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində 2022-2023-cü tədris ili üçün istifadəyə verilmiş, təkmilləşdirilmiş 7 və 10-cu sinif dərslikləri təhlil olunub.
2023-cü ildə qəbul imtahanlarında dərsliklərdəki yeniliklər nəzərə alınmayacaq. Çünki imtahan verəcək abituriyentlər tədris prosesində bu dərsliklərin əvvəlki illərdə çap olunmuş nəşrlərindən istifadə ediblər.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.