Ağcabədi rayonunun Hüsülü kəndində 2010-cu il təvəllüdlü şagirdin intihar etməsilə bağlı informasiya yayılıb.
Məlumata əsasən, yaşadığı evin həyətində özünü asaraq həyatına son verdiyi bildirilir.
Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsində AzEdu.az-a bildirilib ki, şagirdi intihar etməyib, sürü otararkən qəfil keçirdiyi qıcolma (sudurğa) nəticəsində vəfat edib.
Hadisənin Ağcabədi rayonunun Təzəkənd kəndində baş verdiyi, şagirdin də həmin kənd məktəbinin 6-cı sinif şagirdi olduğu qeyd edilib. Həmçinin şagirdin sağlamlığı ilə bağlı müəyyən problemlərin olduğu söylənib.