Azedu.az

Bağça üzrə BU SAYDA yer boş qalıb-Valideynlərin diqqətinə  

3 Oktyabr 2022, 10:39
Bağça üzrə BU SAYDA yer boş qalıb-Valideynlərin diqqətinə  

 

 “Azərbaycanda 1667 bağça fəaliyyət göstərir. Onların  339 Bakı şəhərinin payına düşür. Hazırda məktəbəqədər təhsil müəssisələrində 78875 uşaq təhsil alır”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Ümumtəhsil şöbəsinin məktəbəqədər təhsil sektorunun müdiri İlahə Rəsulova  İctimai televiziyada yayımlanan "Sabaha Saxlamayaq" verilişində  çıxışı zamanı deyib. 

 

Sektor müdiri bu il üçün nə qədər plan yeri ayrıldığını da qeyd edib:"Bu il üçün 36409 boş plan yeri ayrılıb.  26331 uşaq hazırda məktəbəqədər təhsil müəssisələrinə  yerləşib,  26168-i isə hazırda növbədədir. Gün keçdikcə isə boş plan yerləri dolmaq üzrədir". -deyə qeyd edib.

 

Statistikaya əsasən qeyd etmək olar ki, 16090 uşaq bağçaya qəbul ola bilməyəcək.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox