"Bağçalara işə qəbul zamanı müsahibə mərhələsinə daha çox fikir veriləcək".
AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Ümumtəhsil şöbəsinin məktəbəqədər təhsil sektorunun müdiri İlahə Rəsulova İctimai televiziyada yayımlanan "Sabaha Saxlamayaq" verilişində çıxışı zamanı deyib.
O bildirib ki, önəmli olan müsahibə mərhələsini yaxşı şəkildə tərtib etməkdir:
"Məktəbəqədər təhsil müəssisələrinə qəbul olacaq müəllimlər kiçik yaşlı uşaqlarla işləyəcək. Ona görə də onların emosianal durumları nəzərə alınaraq müsahibə mərhələsinə daha çox fikir vermək lazımdır. Məhz bu səbəbdən də məktəbəqədər təhsil müəssisələrinə müəllimlərin işə qəbulu proseduru biraz uzun çekir”.