Azedu.az

ABŞ-da silahlı şəxslər məktəbə daxil olub atəş açdılar: Yaralılar var - FOTO/VİDEO

Maraqlı

29 Sentyabr 2022, 11:00
ABŞ-da silahlı şəxslər məktəbə daxil olub atəş açdılar: Yaralılar var - FOTO/VİDEO

ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində silahlı şəxslər məktəbdə atəş açıblar.

AzEdu.az xəbər verir ki, məlumata görə, atışma nəticəsində azı 6 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Bütün şagirdlər məktəbdən təxliyə ediliblər.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum edənlərin üç nəfər olduğu ehtimal edilir.

Hazırda polis şübhəliləri axtarır.

 

Mənbə: FOX2

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox