Oktyabrın 1-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.
Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, esse mərhələsi Bakı şəhəri 20 nömrəli tam orta məktəbdə baş tutacaq. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.