Azedu.az

Növbəti TOEFL iBT imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

21 Sentyabr 2022, 15:08
Növbəti TOEFL iBT imtahanı keçirilib

Sentyabrın 21-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda 1 əcnəbi olmaqla 4 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının sentyabrın 24-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox