Azedu.az

 Bu namizədlərin sertifikatlarının verilməsinə başlanılıb

Dövlət İmtahan Mərkəzi (DİM)

21 Sentyabr 2022, 12:54
 Bu namizədlərin sertifikatlarının verilməsinə başlanılıb

Dövlət İmtahan Mərkəzinin (DİM) dövlət qulluğu vəzifələrinin B növünə aid inzibati icraçı vəzifələrin tutulması məqsədilə avqustun 21-də keçirdiyi test imtahanında uğur qazanmış namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, namizədlər sertifikatlarını şəxsiyyəti təsdiqləyən sənədi göstərməklə Mərkəzin Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində əldə edə bilərlər.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox