Ali təhsil müəssisələrinə qəbul imtahanları artıq yekunlaşıb. İmtahanlarda kifayət qədər yüksək bal toplamalarına baxmayaraq, müəllimlik ixtisasını seçənlər də az olmayıb.
AzEdu.az Təhsil Nazirliyindən verilən məlumata əsasən, yüksək bal toplayaraq müəllimliyi seçən abituriyentləri təqdim edir:
Bu il Kimya və biologiya müəllimliyi ixtisası üzrə ən yüksək göstərici 648bal olub.
Sadıqova Afət 648 bal, Məmmədova Təhminə 643, Muxtariva Tamara 611, Cavadova Aytac 606, Seyidova Tükəz 603, Salahova Yeganə 602 bal toplayaraq kimya və biologiya müəllimliyi ixtisasını seçiblər.
Riyaziyyat və informatika müəllimliyi ixtisasına isə Xəlilova Aygün 616 , Hüseynova Gülçiçək 604, Məmmədova Sona 602 balla qəbul olunublar.
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını 610 balla Hüseynova Nərmin, 606 balla isə İbrahimova Nübar seçib.