“Yeni tədris ilində 30 minə yaxın müəllim məktəblərdə fəaliyyət göstərəcək”.
Bunu AzEdu.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun məsləhətçisi Lalə Qarayeva deyib.
O, yeni tədris ilinə hazırlıq prosesindən söz açıb:
”Hazırda Bakı şəhərində 660 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 320-i ümumitəhsil məktəbi, 340-ı məktəbəqədər təhsil müəssisəsidir.
2022-2023-cü tədris ilində 28 739 müəllim ümumi təhsil məktəbləri üzrə fəaliyyət göstərəcək. 485 000-ə yaxın şagird məktəblərdə təhsil alacaq. 36465 uşaq məktəbəqədər təhsil müəssisələrinə qədəm qoyacaq. 4 290 tərbiyəçi-müəllim məktəbəqədər təhsil müəssisələri üzrə fəaliyyətə başlayacaq.
2021-2022-ci tədris ilində 8 yeni məktəbin inşası başa çatdırılıb. 4 məktəbdə əsaslı təmir və tikinti işləri aparılıb. 23 məktəbdə cari təmir və mühəndis-kommunikasiya işləri yerinə yetirilib.
Müəllimlər üçün metodik vəsaitlər məktəblərə çatdırılıb”.