"Son illər göstərir ki, kolleclərə təlabat xeyli artıb. 9 illik bazadan kolleclərə qəbul olmaq istəyən abituriyentlərin sayı bəlkə də 5 qat artıb. Bu il kolleclərdə 9 min plan yerinə qarşı, 41 min abituriyent mübarizə aparıb".
Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib bildirib.
Ekspert kolleclərə olan maraqın artmasının səbəblərindən danışdı:
"Kolleclərə tələbatın artmasının ən böyük səbəbi odur ki, buranı bitirən subbakalavrlar ixtisasına uyğun diplomun ortalama qiyməti ilə universitetlərə qəbul ola bilmək şansıdır. Amma, subbakalavrlar bilməlidir ki, hər ixtisasa uyğun universitetlərdə plan yeri ayrılmır. İkinci səbəb isə odur ki, qəbulda buraxılış imtahanına nəzərən az bal toplamış şagidlər ixtisas seçimi zamanı kolleclərə üz tutur.
"Subbakalavrların ixtisas seçimində iştirak etməsi üçün müsaqibə şərti əlavə olunmalıdır ki, kolleclərə axınların qarşısı alınsın".
"Abituriyent gələcəkdə iş tapa bilmədiyi ixtisasda oxumaqdansa, kollecdə gələcəyi olan ixtisasda oxumağı seçir. Bu il 9 illik bazada kollec ballarının artmasının səbəbi, plan yerlərinin tələbatı ödəməməsidir. Buna baxmayaraq 9 illik bazada kolleclərə yenə də, boş yerlər qaldı. Buda onu sübut edir ki, buraxılış imtahanında ballar xeyli aşağıdır. Bu isə faciədir...
Düşünürəm ki, DİM bu məsələyə ciddi yanaşmalıdır. Subbakalavrların ixtisas seçimində iştirak etməsi üçün hansısa bir müsaqibə şərti əlavə olunmalıdır ki, kolleclərə axınların qarşısı alınsın".- deyə ekspert bildirib.