Ali təhsil müəssisələrimizdə ingilis bölməsinə maraq getdikcə artır. Amma ingilis bölmələri üzrə tədrisin keyfiyyət kifayət qədər yüksək deyil.
Bunu AzEdu.az-a açıqlamasında Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru, ali təhsil üzrə mütəxəssis Elçin Süleymanov bildirib:
"Azərbaycanda bir çox universitetində ingilisdilli tədris var. Burada təbii ki, müəllimlərin ingilis dili bacarıqları çox böyük əhəmiyyət kesb edir. Amma, bununla yanaşı tələbələrin də dil bilikləri olmalıdır ki, tədris prosesi keyfiyyətli alınsın".
Mütəxəssisizin fikrincə, ali təhsil müəssislərindəki ingilis dili bölmələrində ən vacib məqam müəllimlərin öz ixtisasını ingilis dilində tədris edəcək qədər bilməsidir:
"Azərbaycanda bir çox universitetdə ingilisdilli tədris prosesi var. İlkin olaraq tələbənin ingilis dili səviyyəsi normal olmalıdır. Bundan sonra yalnız dərs prosesi keyfiyyətli ola bilər. Bundan daha vacib isə müəllimin öz ixtisasını ingilis dilində tədris edəcək qədər yetərincə bilməsidir. Ümumi olaraq, əziyyət onu göstərir ki, ingilis dilində təhsil alanlar, həmin dildə tədrisi daha yaxşı keçirlər".
"Bütün günahı müəllimlərin üzərinə atmaq olmaz"
"Əgər müəllim təhsil səviyyəsinin heç olmasa birini ingilis dilində almayıbsa, o bu dildə tədris zamanı müəyyən problemlərlə qarşılaşacaq. İngilis dili bölmələrindəki bütün çatışmamazlığı müəllimlərin üzərinə atmaq düzgün deyil, bəzən müəllim tələbənin dil səviyyəsinə uyğun olaraqa danışır.
Dünya təcrübəsinə nəzər salsaq görərik ki, ingilis dilində dəqiq elmlərdə tədris daha rahatdır. Ona görə də hüquq və bənzəri ixtisaslar bir çox ölkədə tədris yerli dildə aparılır. İctimai elmlərdə isə tədrisin müxtəlif dillərdə aparılması arzu ediləndir".
Mütəxəssisin fikrincə tələbə ixtisasını ən yaxşı başa düşdüyü dildə öyrənməlidir.
"Tədrisin niyə ingilis dilində aparılmasının səbəbi açıqlanmalıdır. İngilis dili elm və texnologiya dilidir. Yeniliklərə daha əlçatandır. Dünyada elmi tətqiqatların demək olar ki,70 faizi bu dildə aparılır. Tələbənin eyni zamanda ixtisas bilikləridə əhəmiyyətlidir. Tələbə ixtisasını ən yaxşı başa düşdüyü dildə öyrənməlidir. Bunun yanaşı dil bacarıqlarını inkişaf etdirməlidir.
Bu sahədə mütəxəssislər müəyyən azlıq hiss olunur amma, düşünmürəm ki, bu ciddi problemdir . İngilis dilində təhsilini başa vurmuş kifayət qədər mütəxəssizlərimiz var. Düzdür, onlar əsasən bizness qruplarında çalışmağı seçir, amma, universitetlərin cəlbediciliyi gələcəkdə onların tədris prosesində iştirakına zəmin yaradacaq"-deyə Elçin Süleymanov bildirib.