Ümumtəhsil məktəblərində tutulmayan vakant müəllim yerlərinin sayı açıqlanıb.
AzEdu.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı məlumat verib.
N.İsmayılbəyli qeyd edib ki, tutulmayan vakant yerlər dərs saatları daha az olan və ucqar yerlərdəki məktəblərdədir: "Bu il müddətli və müddətsiz şərtlərlə işə qəbul edilənlərin sayı təxminən 6 min nəfərdir. Onu da qeyd edim ki, il ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul aparılacaq. MİQ üçün vakansiyaya 9 min 805 yer çıxarılsa da, 3 mindən çox yer tutulmayıb".