Sosial şəbəkələrdə sertifikatlaşdırmanın müsahibə mərhələsindən keçməyən müəllimlərin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatlar yayılıb.
Bu məsələ təhsil ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
AzEdu.az-a Elm və Təhsil Nazirliyindən verilən məlumata görə sertifikasiya prosesinin müsahibə mərhələsindən keçməyən müəllimlərin işdən çıxarılması həqiqəti əks etdirmir.
Qeyd edək ki, sertifikasiya prosesindən keçməyən müəllimlərə bir il müddətində möhlət hüququ veriləcək.