Azedu.az

Növbəti GRE imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM)

2 Sentyabr 2022, 12:44
Növbəti GRE imtahanı keçiriləcək

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service - ETS) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı sentyabrın 6-da Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

 

DİM-dən AzEdu.az-a bildiriblər ki, imtahan vermək istəyən şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanır.

 

“GRE General Test” imtahanı haqqında ətraflı məlumat DİM-in internet səhifəsində yerləşdirilib.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox