Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbulun nəticələrini elan edib.
Nəticələrə əsasən, ən çox qəbul planı birinci ixtisas qrupu üzrə olub.
AzEdu.az xəbər verir ki, I qrup üzrə 97.99% plan yeri üzrə qəbulolunma göstəricisi əldə edilib.
Müvafiq olaraq, II ixtisas qrupu üzrə 95.70%, III 93.25%, IV 92.81, V isə 92.29% dolub.
Qeyd edək ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.