Azedu.az

Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibə davam edir  

Dövlət İmtahan Mərkəzi (DİM)

31 Avqust 2022, 16:12
Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibə davam edir  

İyirmi dövlət orqanında mövcud olan 73 vakant vəzifə üzrə avqustun 29-dan başlanan ümumi müsahibə davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az -a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 324 nəfər müraciət edib. Bu gün saat 15:45-dək olan məlumata görə, 9 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Müsahibə sentyabrın 29-da başa çatacaq.

 

Xatırladaq ki, iyulun 13-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu avqustun 11-də yekunlaşıb.

İsrail DƏHŞƏTLİ HÜCUMA başladı - İran üç istiqamətdə vurulur
Son xəbərlərDaha çox