Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə və 11 illik bazada kolleclərə ixtisas seçiminin keçiriləcəyi tarix məlum olub.
AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, 9 və 11 illik bazada kolleclərə ixtisas seçimi sentyabr əvvəli aparılacaq.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini avqustun 18-də açıqlamışdı