Sosial şəbəkələrdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Famil İsayevin istefa verməsi ilə bağlı məlumatlar yayılıb.
Qeyd olunub ki, onun həyat yoldaşının səhhətində problemlər yaranıb. O, yerləşdiyi ərazinin iqliminin yoldaşının xəstəliyinə uyğun olmadığı üçün ərizə yazaraq vəzifəsindən imtina edib.
AzEdu.az-a açıqlamasında Lənkəran-Astara Regional Təhsil İdarəsinin mətbuat xidməti məlumatı təsdiq edib:
“Famil bəy öz istəyi ilə ailəvi səbəbə görə işindən ayrılıb. İş hər zaman var, ailə isə insanın həyatında bir dəfə olur. Ona görə də ailə həmişə önəmlidir. Famil İsayev məcburiyyət qarşısında iş yerini tərk edib.
Hazırda işdən azad olunduğu üçün bundan sonra harada fəaliyyətini davam etdirəcəyi ilə bağlı məlumatımız yoxdu”.