Azedu.az

Emin Əmrullayev: “Rus bölməsi üzrə kifayət qədər vakant yer olsa da, yerlər boş qalır”

Elm və Təhsil Nazirliyi

23 Avqust 2022, 12:48
Emin Əmrullayev: “Rus bölməsi üzrə kifayət qədər vakant yer olsa da, yerlər boş qalır”

“Rus dilində təhsilin keyfiyyəti Azərbaycan bölməsinə nisbətən aşağıdır. Rus bölməsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinə kifayət qədər vakant yer çıxarılsa da, yerlər boş qalır. Keçid balını isə 30 baldan aşağı salmaq şagirdlər üçün haqsızlıq olar”.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün media üçün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, Azərbaycan bölməsi üzrə təhsil daha keyfiyyətlidir: “Diqqət etsək, respublikanın ən yaxşı təhsil verən məktəbləri Azərbaycan dilində tədris aparan məktəblərdir. Sadəcə olaraq, bəzən valideynlər sırf daha yaxşı görünsün deyə rus bölməsini seçirlər”.

 

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox