Təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr təsdiq edilib.
AzEdu.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr:
Sertifikatlaşdırmanın nəticəsi üzrə | Dövlət ümumi təhsil müəssisələrində tədris edilən dərs saatına görə (faizlə) |
keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış təhsilverənlərə | 35 |
keçid balını toplamış digər təhsilverənlərə | 10 |