Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) vəzifə maaşlarına aylıq əlavələr təsdiq edilib.
AzEdu.az xəbər verir ki, xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) vəzifə maaşlarına aylıq əlavələr:
Təhsilalanların sayı (hər il yanvarın 1-i tarixinə) | Direktorun vəzifə maaşına aylıq əlavə (manatla) | Direktor müavininin vəzifə maaşına aylıq əlavə (manatla) |
500-dən 700-dək | 600 | 200 |
700-dən 900-dək | 750 | 250 |
900-dən 1300-dək | 900 | 300 |
1300-dən 1700-dək | 1050 | 350 |
1700-dən 2100-dək | 1200 | 400 |
2100-dən 2500-dək | 1350 | 450 |
2500-dən çox | 1500 | 500 |