Azedu.az

Tələbələrə akademik məzuniyyət hansı hallarda verilir?-DİQQƏT

Təhsil qanunvericiliyi

21 Avqust 2022, 11:56
Tələbələrə akademik məzuniyyət hansı hallarda verilir?-DİQQƏT

Təhsilverənlərlə yanaşı tələbələrin də akademik məzuniyyətdən yararlanmaq hüququ var.

 

Bəs hansı hallarda tələbə akademik məzuniyyətdən yararlana bilər?

 

AzEdu.az bu halları və məzuniyyət müddətini təqdim edir:

 

  1. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə;

 

  1. ailə vəziyyətinə görə - 2 il müddətinədək;

 

  1. səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə;

 

  1. sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə;

 

  1. müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə - proqramda göstərilən müddətə.

 

Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə müvafiq tələblər gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər.

 

Hər iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyində baxılır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox