Azedu.az

X siniflər üçün şagird yerdəyişməsinə başlanılıb

Məktəblər

Elm və Təhsil Nazirliyi

15 Avqust 2022, 13:38
X siniflər üçün şagird yerdəyişməsinə başlanılıb

Avqustun 15-də saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə start verilib.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proses “sy.edu.az” elektron sistemi üzərindən həyata keçirilir.

 

Valideynlər üçün “sy.edu.az” elektron sistemində ümumtəhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

 

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox