2022-2023-cü tədris ili üçün keçiriləcək məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 2 avqust tarixindən start verilib.
Bildiyiniz kimi, müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilir. Bu mərhələdə hər sual üzrə 1 bal olmaqla, ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.
Mövzu ilə bağlı ADPU-nın Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi, fəlsəfə doktoru Xalidə Həmidova fikirlərini AzEdu.az-la bölüşüb.
"Bu il imtahan ilk dəfə keçirildiyinə görə sınaq xarekteri daşıyır. Fikrimcə, imtahanda istirak edib, ən azından, ümumi balın 50 faizi yığan şəxslər məqbul sayıla bilərlər".
Baş müəllim məktəqədər təhsil müəsissələrinə işə qəbulun birinci mərhələsi olan test imtahanlarında keçid ballarının necə formalaşdığından danışıb:
"Bu il imtahan ilk dəfə keçirildiyinə görə sınaq xarekteri daşıyır. İmtahanda iştirak edib ən azından balın 50 faizini yığan şəxslər məqbul sayıla bilərlər. Keçid balları bağçalara olan vakant yerlərin sayından asılıdır.
Bağçalarda sistem fərqlidir. Onlarda əvəzedici müəllimlər var, məktəblərdə isə elə staj yoxdur. Səbəb isə bağçalarda buna ehtiyacın olmasıdır. Əvəzedicilər digər müəllimlər məzuniyyətdə olan zaman və ya hansısa bir digər səbəbdən işləmədiyi müddətdə çalışırlar. Bugünkü, gündə bağçaların çoxunda "n" sayda əvəzedici müəllim var. Onların aqibətləri barədə müzakirələr aparılmalıdır.
Bu şəxslər müddətli müqavilə ilə işləmiş olsalar belə, hal-hazırda fəaliyyət göstərən müəllimlər və çox sayda qeyri-ixtisasçılar da nəzərə alınmalıdır. Bu məsələləri aradan qaldırmaq üçün müəyyən zamana ehtiyacımız var. Ondan sona işə qəbul prosesi normal qaydada həyata keçirilə bilər".
Baş müəllimin sözlərinə görə müsahibə mərhələsi imtahan prosesindən daha vacibdir.
"Məktəbəqədər təhsil sahəsi peşəsini sevən, uşaqlarla işləyə bilən müəllim tələb edir. Bu müəllimlər biliklə yanaşı qayğıkeş olmalıdır. Bağçalarda işləyən müəllimlərin məsuliyyəti daha artıqdır. Buna görə də, müəllimlərin hansı səviyyədə olmasını ölçmək deyil, qəbul prosesin ikinci hissəsi olan üzbəüz müsahibə daha çox önəmlidir. Bu zaman şəxslərin psixoloji vəziyyəti , uşaqlara olan sevgisi qayğısı düzgün yoxlanılmalıdır.
Məktəbəqədər təhsil müəssisələrə işə qəbul zamanı, müsahibə mərhələsi imtahan prosesindən daha vacibdir. Bu səbəbdən müsahibədə istirak edən ekspertlərə çox böyük məsuliyyət düşür. Təəssüf ki, bəzən imtahan prosesində yaxşı nəticə verməyən, amma öz sahəsi çox yaxşı bilən müəllimlər kənarda qalırlar”.