Azedu.az

Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək

29 İyul 2022, 13:22
Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək

23-24 noyabr 2022-ci il tarixlərində doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

 

Konfrans riyaziyyat və təbiət elmləri, İKT və mühəndislik, sosial-humanitar elmlər istiqamətləri üzrə təşkil ediləcək.

 

Konfransda Azərbaycanın elm və təhsil müəssisələrindən, eyni zamanda xarici ölkələrin elmi-tədqiqat və ali təhsil müəssisələrindən olan azərbaycanlı doktorant və gənc tədqiqatçılar tezislə iştirak edə bilərlər. 

 

Tezislə müraciət üçün aşağıdakı keçiddən istifadə edilməlidir: //forms.gle/84DaRMhRkqkRevyKA.

 

Müəlliflər üçün yazı qaydaları

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox