Azedu.az

UNEC tələbəsi ölkə birincisi, dünyada isə 11-ci oldu

Universitetlər

Uğur hekayələri

26 İyul 2022, 11:07
UNEC tələbəsi ölkə birincisi, dünyada isə 11-ci oldu

UNEC-in tələbəsi Natiq Cəfərov ACCA-in Performance Management imtahanından ən yüksək nəticə toplayaraq, Azərbaycan üzrə ölkə birincisi, dünya üzrə isə 11-ci olub.

 

AzEdu.az xəbər verir ki, Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) “Maliyyə” ixtisası üzrə təhsil alan Natiq Cəfərov hazırda PwC şirkətində audit vəzifəsində çalışır.

 

Xatırladaq ki, ACCA (The Association of Chartered Certified Accountants — İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) – maliyyə, mühasibat uçotu və audit sahəsində peşəkar mütəxəssislərin qlobal birliyidir. ACCA imtahanları dünyanın aparıcı beynəlxalq şirkətlərı tərəfindən tanınır və işə qəbul zamanı yüksək qiymətləndirilir.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox