Azedu.az

I sinfə qəbulla bağlı 43 931 elektron müraciət daxil olub  

Məktəblər

Elm və Təhsil Nazirliyi

22 İyul 2022, 13:46
I sinfə qəbulla bağlı 43 931 elektron müraciət daxil olub  

İyulun 22-nə (saat 12:30) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 43 931 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.

 

AzEdu.az xəbər verir ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən 7 004 elektron müraciət daxil olub. Müraciətlərdən 1 349-u məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 1 358-i onlayn Alternativ qeydiyyat mərkəzləri (“WhatsApp”müraciətləri), 4 297-si sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb.

 

Qeyd edək ki, I sinfə elektron qeydiyyat sisteminin (//mektebeqebul.edu.az/) tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox