Rövşən Çingiz oğlu Nəcəf Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə o, SOCAR-ın I vitse-prezidenti vəzifəsindən azad olunub.
O, 1982-ci ildə apelin 9-da Bakı şəhərində anadan olub.
1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olaraq 2001-ci ildə bakalavriat, 2003-cü ildə isə magistratura səviyyəsini fərqlənmə ilə bitirib.
2007-2008-ci illərdə SOCAR-ın təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.
2012-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlamış və 2002-ci ilin sentyabrın 2-dək orada çalışıb.
2020-ci il fevralın 11-dən isə iqtisadiyyat nazirinə müavin, 2022-ci il fevralın 10-dan isə SOCAR-ın I vitse-prezidenti təyin edilib.