Azedu.az

Qəbul imtahanlarında xarici ölkə vətəndaşları da iştirak edir-STATİSTİKA

21 İyul 2022, 11:30
Qəbul imtahanlarında xarici ölkə vətəndaşları da iştirak edir-STATİSTİKA

İyulun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirir.

DİM-dən bildirilib ki, bugünkü imtahanlarda ümumilikdə 25 min 339 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 90 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Xatırladaq ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.

İsrail DƏHŞƏTLİ HÜCUMA başladı - İran üç istiqamətdə vurulur
Son xəbərlərDaha çox