Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 21-də I və IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 22 min 384 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2 min 771 nəfər əvvəlki illərin məzunudur.
Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, 22 nəfər ali təhsil müəssisələrinin, 162 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 90 abituriyent xarici ölkələrin vətəndaşıdır.