Azedu.az

Elektron sistem hazırda normal çalışır- Nazirlikdən AÇIQLAMA

Maraqlı

18 İyul 2022, 13:17
Elektron sistem hazırda normal çalışır- Nazirlikdən AÇIQLAMA

“Elektron qəbulla bağlı çoxsaylı müraciətlər olduğundan sistemin işində bir neçə dəqiqəlik problem yaranmışdı”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov şəxsi facebook səhifəsində yazıb.

 

O, elektron qəbulla bağlı yaranan problemə aydınlıq gətirib:

 

“Elektron qəbulla bağlı çoxsaylı müraciətlər olduğundan sistemin işində bir neçə dəqiqəlik problem yaranmışdı. Hazırda sistem normal çalışır.

 

Nəzərə alaq ki, bu sistem bağçalarla bağlı ilk elektron tətbiqdir.

 

Bildirmək istərdik ki, proses sentyabrın 14-dək savam edəcək. Valideynlər həmin vaxtadək uşaqlarını elektron olaraq qeydiyyatdan keçirmək imkanına malikdirlər.

 

 

Bütün valideynlərə xoş ovqat arzulayırıq!”.

 

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox