“Test imtahan mərhələsi bir həftəyə tamamlanacaq”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli nazirliyin facebook üzərindən olan canlı yayımı zamanı deyib.
O, qeyd edib ki, namizədlər səhv cavabları görmək imkanı əldə edəcəklər:
“Ötən il üzrə keçid balları fərqli idi, bu il isə 100 ballıq şkala ilə fərqli sistem yaradılıb. Kifayət qədər vakant yerlərin olacağı gözlənilir”.