Dünya siyasətinin ən fərqli obrazlarından biri olan Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.
O, bu barədə xalqa müraciətində bildirib.
Conson yeni lider seçilənə kimi vəzifəsini icra edəcək.
Belə ki, son günlər Böyük Britaniyada siyasi böhran yaranıb. Hakim Mühafizəkarlar Partiyasının rəhbərliyi hökumət başçısı B.Consonu siyasi təşkilatın fəlsəfəsi və dəyərlərini risk altında qoymaqda günahlandırırlar. Britaniya hökumətinin üçdəbir hissəsi buna etiraz olaraq istefa verib.
Boris Consonun siyasi fəaliyyəti kimi təhsil həyatı da yaddaqalan şəkildə keçib.
AzEdu.az Böyük Britaniyanın sabiq Baş nazirinin təhsil həyatını təqdim edir:
Boris Conson 19 iyun 1964-cü ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub.
Erkən təhsil
O, ilk təhsilini Brüsseldəki Avropa Məktəbində alıb.
Sonradan ailəsi Böyük Britaniyaya köçüb və o, Şərqi Susseksdə (Ashdown House Hazırlıq Məktəbi, Şərqi Susseks ) hazırlıq məktəbində, sonra isə Etonda təhsilini davam etdirib.
Uşaqlıq illəri
Uşaqlıqda Boris karlıqdan əziyyət çəkib və bir neçə əməliyyat keçirib, bu, onun təhsilinə də ciddi təsir göstərib.
Ali təhsil həyatı
1983-1984-cü illərdə Oxford Universitetinin Balliol Kollecində təhsil alıb. 1986-cı ildə Oxford Union Society-nin məşhur debat klubunun həmsədri oldu.
Conson Oksford Universitetləri Birliyinə sədrliyi zamanı redaktor Maks Hastinqslə görüşərək The Daily Telegraph-da işə başlayıb. Onun məqalələri qəzetin mühafizəkar, orta təbəqəli və yaşlı auditoriyasına ünvanlanmış, fərqli ədəbi üslubu, köhnə söz və ifadələrlə zənginliyi, həmçinin, oxuculara mütəmadi olaraq “mənim dostlarım” deyə müraciət etməsi ilə tanınırdı.
Jurnalistika fəaliyyəti
Universiteti bitirdikdən sonra Conson jurnalistika ilə məşğul olmağa davam edib. 1987-ci ildə The TİMES-da fəaliyyətini yenidən gündəmə gətirib.
Bir çox jurnalist həmkarları onun məqalələrini tənqid edərək, burada tez-tez komissiyanı gözdən salmaq üçün hazırlanmış yalanların olduğunu düşünürdülər.
Siyasi sahə
O, 2008-2016-cı illərdə London şəhərinin meri olub.
2016-2018-ci illərdə Böyük Britaniyanın Xarici İşlər Naziri vəzifəsini yerinə yetirib.
2019-cu ildə Mühafizəkarlar Partiyasının sədri seçilərək Böyük Britaniyanın Baş naziri vəzifəsini icra edib və 2022-ci ilə kimi bu, postda qalıb.
Qeyd edək ki,hazırda Mühafizəkarlar Partiyası yeni lider və baş nazirin təyin olunması tələbi ilə çıxış edib.