“Elektron ərizələrin qəbulu zamanı namizəd bütün məlumatları qeyd etməlidir və o həmin məlumatların doğruluğuna görə məsuliyyət daşıyır”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov MİQ-in test imtahanları mərhələsi barədə suallar cavablandırarkən deyib.
Şöbə müdiri ərizələrdə yol verilən səhvlərdə düzəliş etməyin mümkün olub-olmaması ilə bağlı sualları belə cavablandırıb:
“Elektron ərizəni təsdiq etməmişdən əvvəl namizədə bununla bağlı xəbərdarlıq da edilir. Şəxsi səhifədə və proqram təminatında bu görünür. Təəssüf ki, elektron ərizələr təsdiq edildikdən sonra hər hansı dəyişiklik mümkün deyil”.