İsveçrə ən qabaqcıl təhsil sisteminə malik ölkələr sırasındadır. Ona görə də xaricdə universitet təhsili üçün ən çox seçilən ölkələrdən biridir.
AzEdu.az xəbər verir ki, İsveçrədə milli səviyyədə Təhsil Nazirliyi yoxdur. Dillərin müxtəlifliyi və federal sistemə görə təhsil mərkəzləşdirilməyib.
Ölkə etnik azlıqlara görə fərqli təhsil quruluşuna malikdir. İsveçrədə icbari təhsil müddəti 9 ildir. Lakin ibtidai və orta məktəblərin təhsil müddəti etnik azlıqlara görə dəyişir. Məsələn, bəzi xalqlarda ibtidai sinif 4 il, bəzilərində 5 və ya 6-dır.
Maraqlı faktlardan biri odur ki, ölkədə şagirdlərdən məktəbə getmək üçün forma geyinmələri tələb olunmur. Təhsil müəssisələrinin giriş-çıxışında növbələr, mərasimlər kimi heç bir ritual yoxdur.
Şagirdlər bədbəxt hadisələrə qarşı sığortalanır.
Sonda qeyd edək ki, məktəbəqədər hazırlıq icbari təhsilə daxil deyil və ölkədə uşaqların ən azı bir il uşaq bağçasına pulsuz getmək hüququ var.