Azedu.az

Peşə məktəblərinə qəbul olunanların nəticələri - SİYAHI

Peşə Təhsili

27 Avqust 2018, 17:20
Peşə məktəblərinə qəbul olunanların nəticələri - SİYAHI

2018-2019-cu tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata əsasən, 6-26 avqust tarixlərində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu zamanı 11017 nəfər qeydiyyatdan keçib.

Dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilib. 9196 nəfər müsabiqəni müfəvvəqiyyətlə keçərək peşə təhsili müəssisələrinə qəbul olunub.

Peşə təhsili müəssisələrinə qəbul olan şəxslərin siyahı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox