Yaz sessiyasında təhsil krediti almaq üçün 4919 tələbə müraciət edib. Onlardan 136-sı emaldadır.
AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.
871 tələbəyə kredit verilməsindən imtina edilib, 94 tələbə banka göndərilib.
Müraciət edənlərdən 1326-sı ilə sosial, 2492 nəfərlə isə standart kreditlərin verilməsi rəsmiləşdirilib.