Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinin də cavabları məlum oldu. Artıq 3627 müəllim vakansiya seçimində iştirak etməkdədirlər.
Lakin MİQ imtahanlarının birinci mərhələsi – test sualları – bir mənzərəni ortaya çıxardı: kurikulum və məntiq suallarının imtahan verən bəzi gələcək və hazırkı pedaqoqlar tərəfindən qəbul olunmaması… Bununsa, bir neçə səbəbi var: kimisi bu iki predmete aid sualları qeyri-səhihlikdə, kimisi həddindən artıq mürəkkəblikdə, kimisi isə çaşdırıcı olmaqda “günahlandırır”
AzEdu.az bu məqsədlə, müəllimlərdən kurikulumla bağlı ən çox soruşulan metodlardan biri haqqında məlumat verəcək. İstər test, istərsə də şifahi mərhələdə aşağıdakı terminlər (təbii ki, burada hamısı deyil) müəllimlərdən soruşulur:
Keys (ingiliscə “case” – hadisə, vəziyyət) hər hansı bir praktik problemin həll yollarının kollektiv və ya fərdi axtarışını tələb edən təlim materialıdır. Onun fərqləndirici xüsusiyyəti real həyatdan götürülən faktlar əsasında problemli situasiyanın təsvir edilməsidir.
Keys olaraq elmi, publisistik, bədii, yaxud tədris materialları götürülə bilər. Keysə verilən tələblər:
Müzakirənin nəticələrinin surətlə qeydə alınması üçün qrupa təlimat və şablonun paylanması məqsədə müvafiqdir.
Keys ilə iş mərhələləri.
Qeyd: Metodiki tövsiyəyə görə təlimçi müəllim Bilal Həsənliyə təşəkkürünü bildirir.