Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul üçün iyunun 19-da keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının ikinci cəhdinin nəticələrini elan edib.
Mərkəzdən AzEdu.az-a bildirilib ki, imtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya Komissiyasına iyunun 22-24-də müraciət edə bilərlər.