Azedu.az

“Elə bir ailə yoxdur ki məktəblə əlaqəsi olmasın” - Mehriban Vəliyeva

Məktəblər

14 İyun 2022, 08:52
“Elə bir ailə yoxdur ki məktəblə əlaqəsi olmasın” - Mehriban Vəliyeva

İl ərzində görülən işlər, həyata keçirilən çoxsaylı layihələr təhsilin keyfiyyətinin artırılması işinə xidmət edib. Çünki təhsil daim inkişafda olan, dəyişən, yeniləşən bir sahədir. Odur ki, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərimizə yeni tədris ilində də birgə fəaliyyətimizlə davam edəcəyik.

 

AzEdu.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva tədris ilinin yekunları ilə bağlı bildirib.

 

"Bu birgə fəaliyyətdə məktəb, müəllim, şagird, valideyn, bilavasitə və dolayısı ilə bütün ictimaiyyətin öz payı, töhfəsi olacaq. Çünki təhsil cəmiyyətin bütün təbəqələrini düşündürən bir sahədir. Elə bir ev, ailə yoxdur ki, bu və ya başqa şəkildə təhsillə, məktəblə əlaqəsi olmasın. Deməli, məktəbin fəaliyyəti cəmiyyətin gözü qarşısındadır, uğurlar da, çatışmazlıqlar da insanlardan gizli deyil. Təhsilin, məktəbin uğuru bir fərdin deyil, ümumilikdə sağlam, savadlı gələcəyə hesablanmış uğur olaraq qiymətləndirildiyi kimi mövcud çatışmazlıqların həllində də cəmiyyət öz köməyini əsirgəməməlidir. Birgə fəaliyyət dediyimiz də elə budur. İnanırıq ki, ən böyük uğurlarımız birgə fəaliyyətimizdən doğacaq", - M.Vəliyeva vurğulayıb.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox