Azedu.az

Bakı məktəblərində çalışan 63 təhsil işçisi təltif edilib

Məktəblər

Elm və Təhsil Nazirliyi

9 İyun 2022, 11:32
Bakı məktəblərində çalışan 63 təhsil işçisi təltif edilib

Ölkə Prezidentinin sərəncamlarına əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 63 nəfər təhsil işçisi təltif edilib.

 

AzEdu.az xəbər verir ki, 2021-2022-ci tədris ilində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 1 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 7 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.

 

Paytaxt üzrə 7 müəllim isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

 

Həmçinin təhsil nazirinin əmri ilə 16 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 32 nəfər isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox