Almaniyada baş vermiş yol qəzasında 1 müəllim ölüb , 14 şagird isə yaralanıb
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, qəzanı törədən erməni əsilli sürücü yoldan keçənlər tərəfindən hadisə yerindəcə saxlanılıb və polis tərəfindən dindirilir.
Sürücünün cinayəti qəsdən törətdiyi bildirilir, lakin hadisədə hələ hər hansı siyasi motiv tapılmayıb. Cinayətlə bağlı araşdırmalar davam edir.
Hadisədə həyatını itirən qadının şagirdləri ilə səyahətə çıxan məktəb müəllimi olduğu müəyyən edilib. Berlin polisi onun qəza anında keçindiyini bildirib.