Azedu.az

Biologiya fənni üzrə kurikulumun müzakirəsi təşkil olunub    

Məktəblər

Elm və Təhsil Nazirliyi

8 İyun 2022, 17:53
  Biologiya fənni üzrə kurikulumun müzakirəsi təşkil olunub      

ARTİ fənn kurikulumlarının təkmilləşdirilməsi prosesi çərçivəsində müzakirələri davam etdirir. Bu istiqamətdə növbəti görüş Bakı məktəblərində biologiya fənnini tədris edən qabaqcıl müəllimlərlə baş tutub.

 

AzEdu.az xəbər verir ki, görüşdə Sinqapurun Alston təhsil şirkətinin mütəxəssislərinin mentorluğu ilə təkmilləşdirilmiş biologiya fənni üzrə məzmun standartlarının müzakirəsi olub. 

 

Tədbirin açılışını ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov edərək, kurikulumların təkmilləşdirilməsi prosesi barədə ətraflı məlumat verib. Daha sonra işçi qrup üzvləri VII-XI siniflər üzrə biologiya fənninin kurikulumunda nəzərdə tutulan yeniliklər barədə təqdimat edib.

 

Tədbirdə iştirak edən müəllimlər tərəfindən biologiya fənninin kurikulumunda nəzərdə tutulan yeniliklər yüksək qiymətləndirilib və müvafiq fənn kurikulumu ilə bağlı yeni təkliflər irəli sürülüb. Bu istiqamətdə ictimai müzakirələrin aparılmasınının vacibliyi qeyd edilib. 

 

Bənzər müzakirələrin fərqli platformalarda davam etdirilməsi planlaşdırılır.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox