Azedu.az

“Kiçik akademiya”lara 10 mindən çox şagird cəlb edilib  

Məktəblər

Elm və Təhsil Nazirliyi

8 İyun 2022, 17:39
“Kiçik akademiya”lara 10 mindən çox şagird cəlb edilib  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 307 ümumi təhsil müəssisəsində “Kiçik akademiya”lar fəaliyyət göstərir.

 

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, 2021-2022-ci tədris ilində Bakı şəhəri üzrə “Kiçik akademiya”lara 10 mindən çox şagird cəlb olunub. Həmçinin Bakı şəhəri üzrə “Kiçik akademiya”ların saytı da yaradılıb.

 

Qeyd edək ki, “Kiçik akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına kömək göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox