Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində uğur qazanan namizədlər sentyabrın 5-dək zəruri sənədləri aidiyyatı yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Təhsil İşçilərininn Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, zəruri sənədlər siyahısına şəxsiyyəti təsdiq edən sənəd, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3x4 fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi daxildir.
Bundan əlavə, yerdəyişmə edən müəllimlər köhnə iş yerlərindən 15 günlük maaşlarını almaları üçün, köhnə iş yerində müvafiq ərizə ilə müraciət edib ərizənin tarixinə uyğun əmr almalıdırlar. Əmrdə işə xitam verilməsi tarixi 14 sentyabr göstərilməlidir. Yeni iş yerlərində müqavilə isə, 15 sentyabrdan bağlanılacaq.