Azedu.az

Məktəblərdə maarifləndirici tədbirlər təşkil olunub  

Məktəblər

Elm və Təhsil Nazirliyi

8 İyun 2022, 17:24
Məktəblərdə maarifləndirici tədbirlər təşkil olunub  

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında Təhsil İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihə çərçivəsində maarifləndirici tədbirlər keçirilib.

 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, ilk növbədə, Bakı şəhəri üzrə seçilmiş 25 pilot məktəbdə direktor, direktor müavinləri, məktəb psixoloqu, müəllim və valideyndən ibarət uşaq müdafiəsi və təhlükəsizliyi (UMT) komandaları yaradılıb. Ümumilikdə 108 nəfərdən ibarət olan UMT komandaları təlimçilər tərəfindən uşaq müdafiəsi və təhlükəsizliyinə dair ilkin anlayışlar, konsept və prosedurlar, eləcə də mexanizmə aid siyasətlər və əsas işləmə prinsipləri kimi mövzularda təlimləndirib. Təlimlər zamanı nəzəri biliklərlə yanaşı, UMT üzvləri müxtəlif praktiki məşğələlərin köməyi ilə müvafiq sahədə bacarıqlarını da artırıblar. Komandalar may ayından etibarən seçilən 25 pilot məktəbdə öz fəaliyyətlərinə başlayıb. Belə ki, komandalar məktəblərdə yaradılan mexanizm haqqında məktəb heyəti və valideynlər üçün maarifləndirici görüşlər keçirib. Görüşlərdə 974 sinif rəhbəri və 4600-ə yaxın valideyn uşaq təhlükəsizliyi konseptini mənimsəyib, yaradılan mexanizmin mahiyyətini və önəmini anlayıb.

 

Hazırda sinif rəhbərləri hazırlanan materiallar əsasında sinif mühitində 27 min 829 şagirdə uşaq təhlükəsizliyi konsepti və yaradılan mexanizm haqqında məlumat verirlər.

Tədbirlər cari tədris ilinin sonunadək davam edəcək.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox