Azedu.az

I və IV qruplar üzrə testlərin izahı açıqlandı - DİM  

Dövlət İmtahan Mərkəzi (DİM)

7 İyun 2022, 14:51
I və IV qruplar üzrə testlərin izahı açıqlandı - DİM  

 

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 4-5 iyun 2022-ci il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını yayıb.

 

AzEdu.az xəbər verir ki, imtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/).

 

Xatırladaq ki, həmin hissədə 21-22 may tarixlərində keçirilən II və III ixtisas qrupları üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqlarının da izahı yerləşdirilib.

 

SENSASİYA- İsrail İranla müharibəni uduzdu
Son xəbərlərDaha çox