Azedu.az

Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

2 İyun 2022, 17:48
Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib

2 iyun 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib

 

AzEdu.az xəbər verir ki, işçi qruplarının iclaslarında gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsi olub. “Qiymətləndirmə kitabçaları” dərsliklərlə müqayisəli təhlil edilib.

 

Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər və dərsliklərdəki dəyişikliklər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.

 

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

 
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox