Sabirabad rayonunda 9-cu sinif şagirdinin toyu olub.
AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
Onun sözlərinə görə, məktəbli qızın toy məclisi ötən gün baş tutub:
"Sabirabad rayonunun Qəzli kəndində 9-cu sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə oğlan toyu olacaq və o da müdafiə gününə təsadüf etməyəcək. Qızın adını yazmayacam, ananın adı isə Zöhrədir".